vlət Statistika Komitəsi sentyabr ayında nəqliyyat və telekommunikasiya sektorunda tariflərin dəyişməsi ilə bağlı rəsmi məlumat yayıb. Komitənin mətbuat xidmətindən verillən məlumata görə, sentyabr ayında nəqliyyat sektorunda yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 0,5% və 0,1% azalıb. Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 9,9%, yerli əlaqə üzrə 7,8%, ixrac üzrə 0,8%, tranzit üzrə 1,7%, həmçinin MDB ölkələrinə sərnişindaşıma tarifləri 7,0% ucuzlaşıb. Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 0,1% ucuzlaşıb. Hava nəqliyyatında xarici ölkələrə sərnişindaşıma tarifləri 0,1%, MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri isə uyğun olaraq 0,7% və 10,5% bahalaşıb. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2% ucuzlaşıb. Ucuzlaşma telekommunikasiya sahəsində internet tariflərindən də yan keçməyib ? 13%.