Bu gün ?Qafqazinfo? portalının fəaliyyətə başlamasının 2 ili tamam olur. Portal 2010-cu ilin bu günü ilk xəbərini yerləşdirib. Kiçik kollektivlə fəaliyyət göstərən ?Qafqazinfo? bu müddətdə ölkədə fəaliyyət göstərən və aktiv olan bütün ictimai-siyasi təşkilatlarla, dövlət qurumları ilə, ədəbiyyat, incəsənət adamları ilə əməkdaşlıq edib. Bu müddət ərzində portalın oxucularının sayı daim artan istiqamətdə olub. ?Qafqazinfo?nun kollektivini və bütün oxucularını təbrik edirik.