Foto-bloqqer polisə çağrıldı
Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı, Foto-bloqqer Mehman Hüseynov Səbayil rayon Polis İdarəsinə dəvət olunub. Bu barədə Mehman Hüseynov özünün Facebook səhifəsində bildirib.
Presspost.az İnformasiya Agentliyi xəbər verir ki, müstəntiq fotoreportyorun Avqustun 8-də özü barəsində açılmış cinayət işi ilə bağlı vəkili ilə birlikdə Polis İdarəsinə gəlməsini tələb edib.
Qeyd edək ki, Mehman Hüseynov iyunun 12-si saat 18 radələrində Səbail rayon Polis İdarəsinə ifadə verməyə gəlib və 3 saata qədər dindirildikdən sonra təqsirləndirilən şəxs qismində saxlanıb.
O, Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunurdu.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirmişdi ki, mayın 21-də İctimai Palata BŞİH binası qarşısında razılaşdırılmamış aksiya keçirərkən Mehman Hüseynov polis əməkdaşlarına qarşı müqavimət göstərib:
?O, ictimai qaydanı kobud surətdə pozaraq, eləcə də cəmiyyətə açıq şəkildə hörmətsizlik edərək, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, xuliqanlıq hərəkətlərinə yol verib. İyunun 6-da faktla əlaqədar Mehman Hüseynov barəsində Səbail rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə cinayət işi başlanılıb?.
İttiham sübuta yetirilsə, Mehman Hüseynov 1 ilədək azadlıqdan məhrum də edilə bilər. Avqustun 12-də Mehman Hüseynov barəsində başlanmış istintaqın 2 ayı tamam olacaq
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15
2026-03-10 09:59
2026-03-09 15:13