?Azad Azərbaycan? Teleradio Şirkətinin rəhbərliyi dəyişdirilib. Lent.az-ın məlumatına görə, telekanalın prezidenti Tağı İbrahimov tutduğu vəzifədən azad edilib. Telekanalın Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu Lent.az-ın bu barədə sorğusuna cavab olaraq deyib ki, bu, müxtəlif vaxtlarda yayılmış şayiənin təkrarıdı, belə bir dəyişiklik baş verməyib. ATV-dəki mənbələrdən isə Lent.az-a bildirilib ki, bu dəqiqələrdə rəhbərlikdəki dəyişikliklə bağlı şirkətdə iclas keçirilib və Tağı İbrahimov kollektivlə xudahafizləşib. Şirkətin vitse-prezidenti, Tağı İbrahimovun qardaşı Natiq İbrahimov isə Lent.az-ın sualına bir cümlə ilə cavab verib: "Bilmirəm kim gəlir, amma biz getdik..." İlkin məlumatlara görə, Tağı İbrahimovun yerinə Vüqar Qaradağlı təyin olunub. (Lent.az). Xatırladaq ki, Tağı İbrahimov Diasporla İş üzrə Komitənin sədri Nazim İbrahimovun qardaşıdır.