Daxili İşlər Nazirliyi Kürdəmir rayonunda itkin düşən məktəbli qızlarla bağlı məlumat yayıb. MİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istianadən verdiyi məlumata görə, DİN-in Baş Cinayət-Axtarış İdarəsi, Qaradağ Rayon Polis İdarəsi və Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də itkin düşmüş Kürdəmir rayon sakinləri T.Ş., R. N. və onun bacısı M. tapılaraq evlərinə qayıdıblar. Xatırladaq ki, digər 2 məktəbli, Tünzalə Şirəliyeva və əkiz bacılardan biri isə ötən gecə Səbail rayonu ərazisində, ?Xalça? muzeyinin yaxınlığında tapılmışdı. Qızları Bakıda görüşdükləri Salyan rayon sakini olan Qismət adlı şəxsin tutulmasından sonra tapılıb. Artıq qızlar Kürdəmir rayonuna gətirilib. Qeyd edək ki, Kürdəmir rayon Carlı kənd sakinləri olan qızlar 13 fevral saat 14:00 radələrində evdən müəllim yanına hazırlığa getmək adı ilə çıxıblar. İtkin düşmüş şəxslər 12.01.1996-cı il təvəllüdlü Röyalə Sədrəddin qızı Novruzova, 12.01.1996-cı il Minayə Sədrəddin qızı Novruzova və 01.11.1996-cı il təvəllüdlü Tünzalə Məhəmməd qızı Şirəliyevadır. Şagirdlərdən ikisi, Novruzovalar əkiz bacıdırlar. Qızlar evdən çıxarkən Əkbər adlı tarix müəlliminin yanına hazırlığa getdiklərini bildiriblər. Məktəbli qızlar mobil telefonda internet vasitəsilə Bakıda yaşayan oğlanlarla tanış olublar. Həmin oğlanların dəvəti ilə Kürdəmir avtovağzalından Müşfiq adlı taksi sürücüsünün maşını ilə Bakı şəhərinə gəliblər. Bakı Beynəlxalq Avtovağzalında isə onları Qismət adlı şəxs qarşılayıb.