Jurnalistlərin binasının 5 mərtəbəsi tikilib
?Jurnalistlər üçün tikilən binanın 5 mərtəbəsi artıq hazırdır?. Yanvarın 31-də ?Media forum? saytına açıqlamasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli belə deyib.
Jurnalistlər üçün bir bina tikilir. Vüqar Səfərli bildirib ki, bina 16 mərtəbəli, 2 blokludur, 2-3 otaqlı mənzillərdən ibarətdir.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru qeyd edib ki, Bakının Bibiheybət qəsəbəsində tikilən binanın mənzilləri 2013-cü ilin sentyabr ayına qədər tam təmir olunmuş şəkildə jurnalistlərin istifadəsinə veriləcək.
2010-cu il iyulun 22-də prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15
2026-03-10 09:59
2026-03-09 15:13