Qəzetlərə pul ayrıldı
30 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə iclasın gündəliyində 2012-ci ilin I yarımili üçün KİV layihələrinin maliyyələşdirilməsilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi məsələsinin dayandığını bildirib.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Müşahidə Şurasının 5 dekabr 2011-ci il tarixli qərarı ilə müsabiqənin şərtlərində müəyyən dəyişikliklərin edildiyini xatırladıb. Fondun icraçı direktoru bildirmişdir ki, bu dəyişikliklərlə maliyyə yardımının ayrılması üçün qəzetlərin tirajının 1500-dən 2000-ə, gündəlik yayımının 500-dən 750-ə qaldırılması şərti irəli sürülüb. Həmçinin bildirib ki, dekabrın 6-dan 29-dək Fonda 31 qəzet layihə təklifi ilə müraciət edib.
Vüqar Səfərli Fondun ekspertlərinin 2011-ci ilin II yarımilində apardıqları monitorinqlərin nəticələrinə əsasən, maliyyə vəsaiti ayrılmış bəzi qəzetlərdə müqavilə şərtlərinin pozulduğunu konkret faktlar əsasında Müşahidə Şurası üzvlərinin diqqətinə çatdırıb.
Sonra layihə təklifləri Fondun Müşahidə Şurasının müzakirəsinə çıxarılmışdır. Müşahidə Şurasının üzvləri qəzetlərə maliyyə vəsaitinin ayrılması zamanı onların bundan əvvəl layihələrin icrasında yol verdikləri ciddi nöqsan və qüsurların nəzərə alınması vacibliyini vurğulayıblar. Eyni zamanda, Fondun xəbərdarlıqlarına baxmayaraq belə qüsur və çatışmazlıqları aradan qaldırmayan qəzetlərə qarşı gələcəkdə sərt sanksiyaların tətbiqi ilə bağlı təkliflər səsləndirilib.
Müzakirələrin yekunu olaraq son 1 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 750 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlərə maliyyə yardımının ayrılması məqsədəuyğun sayılmışdır. Eyni zamanda, maliyyə vəsaitlərinin ayrılması zamanı bəzi qəzetlərin yol verdiyi nöqsan və qüsurlar nəzərə alınıb.
Müzakirələrdən sonra Müşahidə Şurasının üzvləri Fondla imzaladığı müqavilənin şərtlərinə əməl edən 28 qəzetə maliyyə yardımının ayrılması ilə bağlı qərar qəbul ediblər.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2012-ci ilin I yarısında maliyyə yardımı ayırdığı qəzetlərin siyahısı
1."Yeni Azərbaycan? qəzeti 50 000
2."Səs? qəzeti 50 000
3."Kaspi? qəzeti 50 000
4."Mövqe? qəzeti 50 000
5."Ədalət? qəzeti 50 000
6."Ayna-Zerkalo? qəzeti 50 000
7."525-ci? qəzet 50 000
8."Bakı-Xəbər? qəzeti 50 000
9."Yeni Müsavat? qəzeti 50 000
10."Olaylar? qəzeti 40 000
11."Paritet? qəzeti 30 000
12."Palitra? qəzeti 30 000
13."Azadlıq? qəzeti 30 000
14."Paralel? qəzeti 30 000
15."Həftə İçi? qəzeti 30 000
16."Azad Azərbaycan? qəzeti 30 000
17."Şərq? qəzeti 30 000
18."Xalq Cəbhəsi? qəzeti 30 000
19."Futbol+Qol? qəzeti 30 000
20."Üç Nöqtə? qəzeti 20 000
21."Novoye Vremya? qəzeti 20 000
22."Olimpiya Dünyası?qəzeti 15 000
23."Oxu Məni? qəzeti 10 000
24."Azernews? qəzeti 10 000
25."Reytinq? qəzeti 8 000
26."İqtisadiyyat? qəzeti 5 000
27."Təhsil Problemləri? qəzeti 5 000
28. Business Times? qəzeti 5 000
DİGƏR XƏBƏRLƏR
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04