?Qarabağ qaziləri? və Vətən Müharibəsi Əlilləri Ictimai Birliyi Fransa parlamentinin biabırçı qərarı ilə bağlı birgə bəyanat yayıb
52;n ?Qarabag Qaziləri? və ?Vətən Müharibəsi Əlilləri? Ictimai Birliyinin
Fransa parlamentinin ?erməni soyqırımı? iddialarını inkara görə cinayət
məsuliyyəti müəyyənləşdirən qanun qəbul etməsi planına qarşı birgə bəyanat
yayıblar. Bəyanatda deyilir:
?Son yüz ildə Türk xalqlarına qarşı törətdikləri cinayət və soyqırımlara
rəğmən, ermənilərə havadarlıq edən Fransa dövləti öz qanlı imperialist
keçmişini unudaraq Türkiyəyə, dolayısı ilə bütün Türk xalqlarına qarşı
çirkin kompaniya yürütməkdədir. Qondarma erməni soyqırımını inkar edənlərə
qarşı cəza nəzərdə tutan qanun qəbul etməklə Fransa hökuməti Fransada
yaşayan Türk və müsəlman xalqlarına qarşı faşizm siyasəti həyata keçirir.
Yaxın keçmişində Afrikanı yerli xalqların qanı ilə sulayan Fransa
milyonlarla insanları necə qətliam etdiyini unutsa da, dünya bunu
unutmamışdır.
Bütün dünyanın sürətlə demokratikləşdiyi bir dövrdə, əsas meyarın insan
hüquqları və söz azadlığı olduğu halda Fransa bu addımı ilə dünya
demokratiyasına meydan oxumaqdadır.
Biz erməni soyqırımına və işğalına məruz qalmış Azərbaycanın Qarabağ
qaziləri və döyüşçüləri hiddətlə bəyan edirik: Ey ermənipərəst Fransa,
sənin bu cılız siyasətin Böyük Türk xalqını susdura bilməz. Əksinə bu
qüdrətlənməkdə olan Türk Dünyasının vəhdəti və qələbəsi ilə başa
çatacaqdır.
DİGƏR XƏBƏRLƏR
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04