Jurnalistlər üçün təlim keçirilir
Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün təlim keçirir. Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.
Təlimdə çap və elektron KİV-də çalışan media işçiləri iştirak edə bilər.
Təlim dekabrın 15-də saat 10.00-dan ? 15:00-dək Azərbaycan Media Mərkəzində keçiriləcək.
Arzu edənlər tərcümeyi halını (CV) [email protected] və ya [email protected] elektron ünvanlarına göndərə bilər.
Əlavə məlumat üçün aşağıdakı telefonlarla əlaqə saxlaya bilərsiniz:
Tel: (99412) 596 44 59
Faks: (99412) 596 49 78
Web: www.localdemocracy.az
Əlaqə üçün şəxs: Azər Mehtiyev
DİGƏR XƏBƏRLƏR
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04