Azərbaycan Dövlət Neft Fondu AÇG və Şahdəniz üzrə gəlirlər sentyabrın 1-nə olan gəlirləri açıqlayıb.

Fonddan Mia.az-a verilən məlumata görə, 2001-ci ildən bu ilin sentyabrın 1-dək AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 135 142 mln. ABŞ dolları olub:

"01 yanvar 2018-dən 01 sentyabr 2018-dək AÇG yatağından 6 656 mln. ABŞ dolları, o cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2018 - 01.09.2018 tarixinə) 115 mln. ABŞ dolları təşkil edib.

Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər 2007-ci ildən bu gündək 2 506 mln. ABŞ dolları olub".