Maşın bazarında son vəziyyət qiymətlərin bahalaşdığından xəbər verir.

Mia.az Yeniavaz-a istinadən xəbər verir ki, satıcılar alıcı qıtlığından, alıcılar isə qiymətlərin bahalığından gileylənir. Xüsusilə "Mercedes" və "Opel" markalı maşınlara tələbat nisbətən çoxdur.

2000-ci ilin "Mercedes"i 16 000 AZN, 2012-ci ilin Pradosu 39 000 AZN, VAZ 2106 5800 AZN-ə alıcılara təklif edilir.