ABŞ-ın Energetika Nazirliyi ölkənin strateji neft ehtiyatlarının 11 mln. barelinin satışa çıxarılması barədə qərarı təsdiqləyib. 

"İnterfaks" xəbər verir ki, satışın oktyabrın 1-dən noyabrın 30-na qədər həyata keçirilməsi nəzərdə tutulub.

Nazirlik bəyan edib ki, əgər İrana qarşı sanksiyalara görə, neft bazarında təklif kəskin azalsa, ABŞ daha 30 mln. barrel nefti satışa çıxara bilər/Report.