Türkiyə Mərkəzi Bankı sürətlə bahalaşan dollara qarşı hərəkətə keçib.

Mia.az bildirir ki, qurum ölkə banklarının sərəncamına bu gün 2.2 milyard dollar vəsait ayırıb. 

Mütəxəssislər düşünür ki. bu, ölkədə sürətlə ucuzlaşan və artıq 6 lirəyə doğru irəliləyən lirənin sabitləşməsinə səbəb olacaq.

Xatırladaq ki, Trampın Türkiyənin ədliyyə və daxili işlər nazirinə sanksiya tətbiq etməsindən sonra dollar qardaş ölkədə 5 lirəlik psixoloji həddi aşıb və hər keçən gün məzənnə daha da bahalaşır.

Mia.az