Broyler toyuqlarının xüsusi iynə vasitəsilə şişirdilməsi haqda informasiyalar məqsədli şəkildə aparılan "qara piar”dır.
Mia.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi (KTN) Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Mahir Hacıyev Modern.az-ınsuallarını cavablandırarkən deyib.
Nazirlik rəsmisi qeyri-qanuni fəaliyyət göstərən kiçik sexlərdə bu yola əl atmasını istisna etməyib:
"Ona görə də qablaşdırılmamış, yaxud üzərində hansı şirkətə məxsus olduğu göstərilməyən toyuqları almayın. Onlara iynə də vurulur, vannada suya salıb şişirdirlər də. Hətta rəngini sarıya boyayıb "kənd toyuğu” adı ilə əhaliyə satırlar. Sizin avsitənizlə ictimaiyyətə çatdırmaq istyirəm ki, o məhsulları almasınlar”.