Bu gün Dövlət Müstəqilliyi Günüdür
18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il avqustun 30-da keçmiş Ali Sovet dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul edib. Oktyabrın 8-də Ali Sovetinin işə başlayan növbədənkənar sessiyası bir neçə gün müzakirələr aparıb. Nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Həmin vaxt aktın lehinə Ali Sovetin bütün deputatları səs verməyib. Cəmi 43 deputat sənədi dəstəkləyib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya bitərəf qalıb, ya da onun əleyhinə səs veriblər.
Yaxın tariximizə "İstiqlalçı deputatlar? adı ilə düşən millət vəkilləri aşağıdakı şəxslər olublar
1. İsa Qəmbər
2. Dilarə Əliyeva
3. Füzuli Axundov
4. İxtiyar Şirinov
5. Aydın Məmmədov
6. Əyyam Musayev
7. Vaqif Novruzov
8. Vahid Əhmədov
9. Ramiz Fətəliyev
10. Cümşüd Nuriyev
11. Məmməd Xələfov
12. Etibar Məmmədov
13. Nəriman Həsənzadə
14. Firudin Cəlilov
15. Sabir Rüstəmxanlı
16. Tofiq Bağırov
17. Mürşüd Məmmədli
18. Şadman Hüseynov
19.Faiq Baxşəliyev
20. Mirmahmud Fəttayev
21. Ədalət Rəhimov
22. İsgəndər Həmidov
23. Mətləb Mütəllimov
24. Tahir Əliyev
25. Rəhim Qazıyev
26. Tamerlan Qarayev
27. Eldar Bağırov
28. Tofiq Qasımov
29. Məryəm Həsənova
30. Arif Hacılı
31. Tahir Kərimli
32. İsmayıl Şıxlı
33. Yusif Səmədoğlu
34. Maşallah Abdullayev
35. Hacıbaba Əzimov
36. Bayram Bayramov
37. Hicran Kərimli
38. Heydər Əliyev
39. İbrahim İbrahimli
40. Allahverdi Həsənov
41.Sülhəddin Əkbər
42. Şahmərdan Cəfərov
43. Fərəc Quliyev
Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
DİGƏR XƏBƏRLƏR
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04