"Rusiya "Şimal axını" layihəsi ilə bağlı Avropa İttifaqında (Aİ) yaranmış qeyri-sağlam vəziyyyətdən narahatdır".
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
O, layihənin reallaşmasına maneələr yaradıldığını da qeyd edib.
Xatırladaq ki, iyunun 27-də ABŞ Konqresində "Şimal axını" layihəsinin törədə biləcəyi təhdidlər müzakirə ediləcək.