Elman Rüstəmov 5 nəfər baz redaktora qonaqlıq verib
Milli Mətbuat gününün 136-cı ildönümü jurnalistlərin iştirakı ilə keçirilən bir sıra tədbirlər, mükafatlandırma mərasimlərilə yadda qaldı. Ayrı-ayrı qurumlar və şəxslər tərəfindən bəzi media nümayəndələrinin istirahətinin təşkili istiqamətində də müəyyən addımlar atıldı.
Modern.az saytının məlumatına görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov da Milli Mətbuat gününün 136-cı ildönümü ilə bağlı jurnalistlərdən səxavətini əsirgəməyib.
Saytımıza verilən məlumata görə, Mərkəzi Bankın sədri Bakıdakı bahalı restoranlardan birində hakimiyyətyönümlü media orqanları kimi tanınan 5 gündəlik KİV-in rəhbərinə yüksək səviyyəli qonaqlıq verib. Qonaqlıqda Elman Rüstəmovun özü və adlarını bilib, çəkmək istəmədiyimiz həmin baş redaktorlardan başqa heç bir kənar şəxs iştirak etməyib.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15
2026-03-10 09:59
2026-03-09 15:13