Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu yeni duet hazırlayırlar. Day.Az saytının verdiyi məlumata görə, bunu Aygün Kazımova ?ATV-magazin? verilişinə açıqlamasında bildirib. ?Bu mahnını çoxdan yazdırmaq istəyirdik. Lakin mənim vaxtım olmadığı üçün o, hər dəfə təxirə düşürdü. Mahnı ?Bu necə taledi? adlanır. Demək olar ki, bu, birgə oxuyacağımız ilk lirik mahnıdır. Digər duetlərimiz kimi, bunun da dərhal dinləyicilərin ürəyini fəth edəcəyinə ümidliyəm?, - deyə xalq artisti qeyd edib: ?Fikrimcə, bu mahnı elə bizim haqqımızdadır. Orada nə vaxtsa keçirdiyimiz hisslərdən danışılır? Həyatda hər şey mümkündür. Bəlkə də bu duetdən sonra əvvəlkitək yenə birlikdə olduq?.