Sabir Rüstəmxanlı yaradıcılığını gənclərlə müzakirə edəcək
Mayın 15-də gənc fəalların xalq şairi, millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə görüşü keçiriləcək. MIA-nın məlumatına görə, görüş saat 15:00-da ?Azərbaycan-türk ocağı? mətbuat mərkəzində baş tutacaq.
Sabir Rüstəmxanlının qarşıdan gələn 65 illik yubileyi ilə bağlı olan tədbirdə xalq şairinin Azərbaycan tarixinin əhəmiyyətli bir dövrünü əhatə edən ?Difai fədailəri? sənədli romanının müzakirəsi də nəzərdə tutulur. Görüşdə həmçinin Sabir Rüstəmxanlının ədəbi, ictimai və siyasi fəaliyyəti ilə bağlı müzakirələr də gözlənilir.
DİGƏR XƏBƏRLƏR
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04