isa Qəmbərin səsi ?əl-Cəzirə?dən gəldi
Müsavat başqanı İsa Qəmbər dünən Qətərdən yayımlanan ?əl-Cəzirə? telekanalının Bakıya gəlmiş reportyorlarına müsahibə verib. Bu barədə musavat.com-a Müsavat Partiyasının mətbuat xidmətindən məlumat daxil olub.
Bildirilir ki, Müsavat başqanı əcnəbi reportyorların çoxsaylı və müxtəlif səpkili suallarına cavab verib. Suallar əsaən Azərbaycandakı ictimai-siyasi durumu, regionda, eləcə də dünyada gedən siyasi prosesləri əhatə edib.
Müsavat başqanının "əl-Cəzirə"yə verdiyi müsahibənin nə vaxt yayımlanacağı bəlli olan kimi ictimaiyyətə əlavə məlumat veriləcək.
Onu da qeyd edək ki, son bir neçə ildə "əl-Cəzirə" telekanalı dünyanın ən operativ və ən mötəbər, eyni zamanda böyük tamaşaçı auditoriyası olan bir media nəhənginə çevrilib.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15
2026-03-10 09:59
2026-03-09 15:13