Jurnalistlər aclıq aksiyası keçirir
Jurnalist Eynulla Fətullayevin həbsinin 4-cü ilinin tamam olması ilə əlaqədar bir qrup jurnalist aclıq aksiyasına başlayıb. Aclıq aksiyasında iştirak edənlərdən jurnalist Şahvələd Çobanoğlu AzadlıqRadiosuna bildirib ki, aksiyaya 20 jurnalist qoşulub. 1 günlük aksiyanı jurnalistlərin hər biri öz redaksiyasında keçirir:
?Arzuolunmaz yubileyi hamı iş yerində qeyd edir. Ayaqüstü aclıqdır, hamı iş görə-görə aclıq edir. Xeyri olmasa da, etirazımızı bildiririk. Bu, bizim borcumuzdur, biz borcumuzu yerinə yetiririk, tələb edirik, məsələni gündəmdə saxlayırıq. Bu, avtoritar rejimlərdə dinc mübarizə üsuludur?.
Aksiya ?Diqqət! Həbsin 5-ci ili başladı!?, ?Eynulla Fətullayevə azadlıq!? şüarları ilə keçirilir. Aclıq aksiyasının təşəbbüskarı E.Fətullayev olsa da, həmkarlarının xahişi ilə o, aksiyaya qoşulmayıb. Bu barədə onun vəkili Anar Qasımov məlumat verib.
Aprelin 20-də E. Fətullayevin həbsinin 4, aprelin 22-də isə Avropa İnsan Hüquqları Məhkəməsinin ona bəraət verməsinin 1 ili tamam olur.
E. Fətullayevə azadlıq tələblərini ifadə etmək üçün ?Facebook? sosial şəbəkəsində səhifə də yaradılıb.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15
2026-03-10 09:59
2026-03-09 15:13