Beynəlxalq Mətbuat institutu Azərbaycanda jurnalistin döyülməsi ilə bağlı açıqlama yayıb
Beynəlxalq Mətbuat İnstitutu (BMİ) ?Azadlıq? qəzetinin müxbiri Seymur Həziyevin naməlum şəxslər tərəfindən oğurlanaraq döyülməsi ilə bağlı rəsmi açıqlama (www.freemedia.at) yayıb. Təşkilatın Azərbaycan Milli Komitəsinin nümayəndəsi Nik Nvolisanın verdiyi məlumata görə, açıqlamada jurnalistə
qarşı zorakılıq pislənilib.
BMİ-nin direktoru Alizon Makenzi baş verən hadisədən ciddi narahat
olduqlarını bildirərək deyib: ?Biz dövlət orqanlarından təcili və şəffaf
təhqiqat aparmağı və səbəbkarları məsuliyyətə cəlb etməyi tələb edirik.
Azərbaycan dünyanı mətbuat azadlığına dəstək verdiyinə inandırmağa çalışdığı
bir vaxtda belə bir hadisənin cəzasız qalması bu işə ciddi xələl gətirə
bilər. Bundan əlavə, hökumət müəyyən tədbir və bəyanatlar vasitəsi ilə ciddi
şəkildə ifadə etməlidir ki, ölkə rəhbərliyi ölkədə jurnalistlərə qarşı
hücumlara göz yummayacaqdır?.
Yayılan rəsmi açıqlamada Alizon Makenzi ilə yanaş BMİ-nin Azərbaycan Milli
Komitəsinin rəhbəri Umud Rəhimoğlunun da fikirləri yer alıb. U.Rəhimoğlu
hadisənin peşə fəaliyyəti və yaxud digər vaxtı verməsindən asılı olmayaraq
bütün hallarda jurnalistin döyülməsini pisləyib. O, ölkəmizdə söz
azadlığının müdafiəsi olunmasının, onun daha da inkişaf etdirilməsinin
vacibliyini vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04