Eynulla Fətullayev əfv olunması üçün prezidentə müraciət edib
Həbsdə olan jurnalist Eynulla Fətullayev prezident İlham Əliyevə şəxsi məktub ünvanlayıb. Bu barədə onun vəkili Anar Qasımov məlumat verib. Vəkilin sözlərinə görə, martın 12-də 1 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevlə görüşüb: ?O, ümid edir ki, prezident onu azadlığa buraxacaq. O, prezidentə müraciətində ətrafında yaranmış mürəkkəb vəziyyətə müdaxilə etməsini xahiş edib. Qeyd edib ki, onun azadlığa çıxması yalnız prezidentin iradəsinə bağlandığından ümid edir ki, prezident onun həbsdə qalmasını istəyən qüvvələrin arzusunu puç edəcək?.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə ?Mediaforum?a bildirib ki, Eynulla Fətullayev karserdə yox, öz xahişi ilə təkadamlıq kamerada saxlanılır.
DİGƏR XƏBƏRLƏR
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04