Beynəlxalq Mətbuat institutunun nümayəndələri Eynulla Fətullayevin atası ilə görüzüblər
Fevralın 21-dən Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli
Komitəsinin rəhbəri Umud Rəhimoğlunun dəvəti ilə Azərbaycana işgüzar səfərə
gələn BİM-nin direktoru Alison Betel Mckenzi və qurumun mətbuat,
kommunikasiya məsələləri üzrə menecer Antoni Milzin görüşləri fevralın 24-də
də davam edib. Bu gün səhər saatlarında BMİ rəsmiləri hazırda həbsdə olan
jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayevlə görüşüblər.
E.Fətullayev qonaqlara oğlunun həbs olunması səbəbindən, jurnalistin hazırkı
hüquqi və mənəvi-psixoloji vəziyyəti barədə məlumat verib. A.B.Mckenzi və
A.Milz E.Fəatullaeyvin azadlığa çıxması üçün imkanlarını səfərbər edib
mümkün olan bütün işləri görəcəklərini deyiblər. E.Fətullayev vaxt ayırıb
onunla görüşdükləri üçün BMİ rəsmilərinə öz təşəkkürünü bildirib.
Bundan sonra qonaqlar Bakı Slavyan Universitetində (BSU) olublar. Onları
BSU-nin dekanı İbrahim Paşa qəbul edib. Görüşdə BSU-nin jurnalistika
kafedrasını rəhbəri, tanınmış telejurnalist Etibar Babayev, Avropa
Şurasının ?Azərbaycanda Jurnalsitika Təhsilinin İnkişafına Dəstək?
layihəsinin rəhbəri Aynur Bəşirli də iştirak edib. İ.Paşa BSU-nin
yaranmasından, mövcud təhsil sistemindən və əldə olunan uğurlardan danışıb.
A.B.Mckenzi BMİ-nin mandatından söz açaraq bütün xarici ölkə səfərlərində
jurnalistlərin təhsil aldığı təhsil ocaqlarına baş çəkdiklərini bildirib.
Xanım Alison deyib ki, gələcəkdə Azərbaycanla reallaşdıracaqları layihələrdə
BSU-i ilə də əməkdaşlıq edə bilərlər.
Axşam isə A.B.Mckenzi ?Azadlıq? radiosunda ?işdən sonra? verlişinin qonağı
olub.
Bütün görüşlərdə qonaqları Beynəlxalq Avrasiya Mətbuat Fondun departament
rəhbəri Nİk Nvolisa müşayiət edib.
Fevralın 25-də qonaqlar Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə
İnkişafına Dəstək Fondunda olacaqlar. Onlar Fondun icraçı direktor Səfərli
Vüqar və Fonun Müşahidə Şurasının üzvləri ilə görüşəcəklər. Saat 11-00 - da
səfər təəssüratları və keçirdikləri görüşlərin nəticələri ilə bağlı onlar
Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirəcəklər.
DİGƏR XƏBƏRLƏR
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04