Beynəlxalq Mətbuat institutunun rəhbərlərinin görüzləri davam edir
Bu il fevralın 21-dən Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli
Komitəsinin rəhbəri Umud Rəhimoğlunun dəvəti ilə Azərbaycana işgüzar səfərə
gələn BİM-nin direktoru Alison Betel Mckenzi və qurumun mətbuat,
kommunikasiya məsələləri üzrə menecer Antoni Milzin görüşləri davam edir. Gün
ərzində reallaşan bütün görüşlərlə bağlı BMİ-nin Azərbaycan Milli
Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, bu
gün səhər saatlarında onlar ?Azərbaycan? qəzetinin redaksiyasında olublar.
Sonra qonaqlar İctimai Televiziyada kanalın rəhbəri İsmayıl Ömərovla
görüşüblər.
BMİ rəsmiləri ATƏT ?in Bakı ofisində demokratizasiya şöbəsini rəhbəri Caklin
Karpenterlə, Açıq Cəmiyyət İnstitutunun ofisində isə ifadə azadlığı və media
proqramı, ictimaiyyətlə əlaqələri şöbəsinin direktoru Rövşən Bağırovla
görüşüblər.
U.Rəhimoğlu fevralın 22-nə olan görüşlərini ?Yeni Müsavat? qəzetinin
redaksiyasına səfərlə yekunlaşdırdıqlarını deyib. Baş redaktor Rauf Arifoğlu
ilə görüşən BMİ rəsmiləri qəzetin və ümumilikdə Azərbaycan mətbuatının real
vəziyyəti ilə maraqlanıblar. R.Arifoğlu Azərbaycan mediasının vəziyyəti,
mövcud problemlər və bu problemlərdən çıxış yollarından ətraflı danışıb.
Bütün görüşlərdə qonaqları Beynəlxalq Avrasiya Mətbuat Fondun departament
rəhbəri Nİk Nvolisa müşayiət edib.
Xatırladaq ki, dünyanın ən nüfuzlu jurnalist təşkilatı olan BMİ 1950-ci ildə
yaradılıb və dünyanın 120 ölkəsində bu mötəbər qurumun üzvləri var. Mərkəzi
ofisi Avstriyanın paytaxtı Vyana da yerləşən BMİ-nin dünyanın müxtəlif
ölkələrində 20 milli komitəsi fəaliyyət göstərir. Adətən, qurumun hər il
keçirilən Dünya Konqresinə və Baş Assambleyasına dünyanın 500-ə yaxın ən
məşhur və tanınmış media nümayəndəsi, dövlət başçıları, baş nazirlər,
nazirlər, iş adamları qatılırar.
DİGƏR XƏBƏRLƏR
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04