Sosial Müdafiə Fondu jurnalist müsabiqəsi elan edib
Dövlət Sosial Müdafiə Fondu ?Sığorta-pensiya sistemində şəffaflığın artırılması etibarlı sosial müdafiənin əsas şərtidir? mövzusunda jurnalist müsabiqəsi elan edib.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan MİA-ya verilən məlumata görə, müsabiqəyə fevralın 20-dən aprelin 1-nə kimi mətbuatda dərc olunmuş analitik məqalələr və televiziyada göstərilmiş telesüjetlər təqdim edilməlidir.
Məqalələr 5 min işarədən, telesüjetlər 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Məqalə və telesüjetlər aprelin 1-dən gec olmayaraq hansı qəzet və jurnalda dərc olunduğu və televiziya kanalında nümayiş etdirilməsi (tarix və nömrəsi) göstərilməklə komissiyaya təqdim edilməlidir.
Ən yaxşı məqalələrin və telesüjetlərin müəllifləri 2 nominasiya üzrə mükafatlandırılacaqlar - qəzetdə çap olunmuş ən yaxşı məqalələr üzrə: 1-ci yer 800 manat; 2-ci yer 500 manat; 3-cü yer 300 manat; televiziya kanallarında verilmiş ən yaxşı telesüjet üzrə: 1-ci yer 800 manat; 2-ci yer 500 manat; 3-cü yer 300 manat.
Hər iki nominasiya üzrə cəmi 1000 manat məbləğində 10 həvəsləndirici mükafat da nəzərdə tutulub.
DİGƏR XƏBƏRLƏR
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04