Jurnalistlər üçün tikiləcək binanın layihəsi təsdiqlənib
Jurnalistlər üçün tikiləcək binanın layihəsi artıq təsdiqlənib. Bunu ?Media forum? saytına KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb. Evlərin Bakıda, Bibiheybət məscidi yaxınlığında tikilməsi planlaşdırılır.
Vüqar Səfərli bildirib ki, layihə sərəncam verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib: ?Uzağı həftə sonuna layihələrin eskizlərini saytımızda yerləşdirəcəyik?.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15
2026-03-10 09:59
2026-03-09 15:13