Dünən Gəncə şəhərində kirayədə qaldığı evdə qəzet redaktoru Məhəmməd Novruzoğlu vəfat edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinin bölgə müxbiri məlumat verib. Verilən məlumata görə, M.Novruzoğu ürəktutmasından dünyasını dəyişib. Qeyd edək ki, mərhum ?Azad söz? qəzetinin redaktoru vəzifəsində çalışırdı. Allah rəhmət eləsin!