Azərbaycanda internet-medianın monitorinqinə bazladılar
Söz Azadlığını Müdafiə Fondu (SAMF) internet-medianın monitorinqinin reallaşdırılmasına start verib. Bir ay ərzində davam edəcək monitorinq zamanı ölkəmizdə müasir KİV sahəsi olan internet-medianın kütləvi informasiya vasitəsi kimi bir neçə parametrdən təhlil edilməsi planlaşdırılıb.
Belə ki, monitorinq zamanı onların ayrı-ayrılıqda media qurumu kimi ölkə vətəndaşlarının informasiyaya olan tələbatını ödəməsi baxımından fəaliyyətləri, internet-media orqanlarında gündəlik informasiyaların həcmi, xəbərlərin yerləşdimə intervalı nəzərdən keçiriləcək. Habelə yerləşdirilən informasiyalarda siyasət, iqtisadiyyat, reklam, kriminal və əyləncə xəbərlərinə yer ayrılması təhlil ediləcək, o cümlədən xəbərlərin hazırlanmasında peşəkarlıq, operativlik, iri həcmli yazılarda milli-mənəvi dəyərlərə söykənən problemlərinin analizi və Azərbaycan dilinin saflığının internet-mediada qorunması məsələlərinə xüsusi diqqət yetiriləcək.
Xatirladaq ki, bir müddət əvvəl fondun əməkdaşları KİV-lərə məxsus internet resursların monitorinqini həyata keçirmişdi.
Qeyd edək ki, artıq reallaşdırılmasına başlanılan layihənin mütəxəssislərin geniş fikir mübadilələri ilə dəyirmi masada yekunlaşdırılması nəzərdə tutulur.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20