Noyabrın 2-də Neftçala rayonun Aşağı Qaramanlı kəndində mərhum jurnalist Şahin Ağabəylinin yeddi mərasimi keçirilib. Mərasimdə media və ictimaiyyət nümayəndələri də iştirak ediblər. ?Poliqon? İnformasiya Agentliyinin rəhbəri, ?Milli Yol? qəzetinin baş redaktoru Şahin Ağabəyli oktyabrın 27-də Bakıda avtomobil qəzasında həlak olub. Mərhum Aşağı Qaramanlı kəndində torpağa tapşırılıb.