Avropa Parlamentin deputatları Ukrayna üçün yeni makroiqtisadi yardımın ayırmasını təsdiqləyiblər.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, yardımın məbləği 1 mlrd. avro təşkil edəcək.
Bu vəsaitin iki tranşla ayrılması planlaşdırır. Yardım proqramımın müddəti isə 2 il yarım təşkil edəcək.
Bu, Avropa İttifaqının (Aİ) Ukraynaya son 4 il ərzində 3-cü makroiqtisadi yardımı olacaq. Ümumilikdə bu ölkə Aİ-dən 2,8 mlrd. avro yardım alıb.