Bakcell-in mətbuat xidməti istifadəçilərin balansından silinən 10 manat vəsaitlə bağlı reaksiya verib.
Mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə, Cümhuriyyətin 100 illiyi ilə bağlı müəyyən qrup abunəçilərə pulsuz təqdim edilmiş 5 GB internet paketinin müddəti daha 1 ay hədiyyə olaraq uzadılıb və bunun üçün nömrələrin balanslarından heç bir vəsait çıxılmayıb:
"Bu barədə abunəçilərə avtomatik qaydada daxil olmuş SMS məlumat xarakteri daşıyır. Bu şablon SMS-də paketin müvafiq vəsaitin müqabilində uzadılması qeyd edilsə də, hədiyyə paketinin müddəti hətta balansında vəsait olmayan nömrələrdə də uzadılıb".