Bakının elə əraziləri var ki, orada torpaq sahələri sotla deyil, hətta kvadratla satılır.
Mia.az xəbər verir ki, bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. Onun sözlərinə görə, bu cür torpaqlar əsasən şəhərin mərkəzi hissələrində, yolkənarı ərazilərdədir:
Ekspert əlavə edib ki, Bakı şəhərində bir sotunun dəyəri 260 min manata təklif olunan torpaq sahəsi də var:
"Həmin torpaq sahəsi Avropa otelinə yaxın ərazidə, təqribən 35 sotluq bir sahə idi”.
R.Osmanlının sözlərinə görə, ümumiyyətlə torpaq sahələrinin likvidliyi son illərdə xeyli dərəcədə aşağı düşüb: "Baxmayaraq ki, torpaq realizə olunan əmlak kateqoriyasına aiddir, amma müşahidələr göstərir ki, onun alıcılarının sayı xeyli dərəcədə azalıb.