Neft hasilatçısı olan daha bir neçə ölkə OPEC+ anlaşmasının müddətinin 6 ay uzadılması barədə təklif irəli sürüb. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu İraqın neft naziri Cabbar əl-Luaibi bəyan edib. 

Bununla belə, o, təklifi irəli sürən ölkələrin adını açıqlamayıb. 

Xatırladaq ki, martın 25-də Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih OPEC+ anlaşmasının müddətinin 2019-cu ildə də uzadılmasını təklif edib. Buna qədər belə bir təklif irəli sürülməyib, tərəflər anlaşmadan çıxmağı düşündüklərini bildiriblər.

Qeyd edək ki, OPEC+ anlaşması iştirakçılarının növbəti iclası iyunun 22-də Vyanada (Avstriya) keçiriləcək.