JAM sədri türkiyəli diplomatla görüzüb
Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə Türkiyənin Azərbaycandakı
səfirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Həbib Kaya ilə görüşüb.
JAM-ın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, JAM-ın qərargahında baş tutan görüşdə Türkiyə və Azərbaycan mətbuatı arasındakı əlaqələr müzakirə olunub. S.Verdizadə rəhbərlik etdiyi təşkilatın Türkiyənin aparıcı media qurumları ilə
əməkdaşlıqda maraqlı olduğunu deyib. Görüşdən məmnun qaldığını bildirən türkiyəli diplomat
Azərbaycanın jurnalist təşkilatlarının və KİV redaksiyalarının rəhbərləri ilə müzakirələri davam etdirəcəyini qeyd edib.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20