Elzad Abdullayev: ?Təhsil Nazirliyinin Beynəlxalq Universitet haqqında qərarı ədalətsizdir?

Təhsil Nazirliyinin qərarı ilə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev nəhayət ictimaiyyətin qarşısına çıxıb. Rektor rəhbərlik etdiyi ali məktəblə bağlı səsləndirilən ittihamlara münasibət bildirib.
?2007-ci ildə Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetini akkreditasiyadan keçirib. Bu, müddətsiz olmalıdır. Lisenziya ən azı 4 ilə verilib, hələ lisenziyanın vaxtının bitməsinə 2 il var. Bunun üçün alimlərin, akademiklərin şərhilə 50 səhifəlik arayış verilib. ABU 2 dəfə YUNESKO tərəfindən beynəlxalaq akkreditasiyadan keçib. Universitetin beynəlxalq statusu var", deyə E. Abdullayev bildirib(anstv).
ABU rektorunun sözlərinə görə, Təhsil Nazirliyinin özəl ali təhsil məktəbi barədə verdiyi qərar ədalətsizdir.
"Nazirliyin qərarları arasında hüquqi ziddiyyət var. 2005-ci ildə ən qabaqcıl təhsil işçisi adına layiq görülmüşəm. Bunun heç mürkkəbi qurumayıb. Təhsil Nazirliyinin Azərbaycan Beynəlxalq Universiteti haqqında qərarı ədalətsizdir?, - deyə Elşad Abdullayev vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2025-05-05 00:01
2025-05-04 17:00
2025-05-04 16:51
2025-05-04 00:03
2025-05-03 23:34
2025-05-03 13:48