Avropa Tələbələr Birliyinin ölkəmizə izgüzar səfəri baza çatıb
Avropa Tələbələr Birliyinin nümayəndələrinin ölkəmizə bir həftəlik işgüzar
səfəri bu gün başa çatdı. Əsas məqsədi Azərbaycan Tələbələr Birliyi ilə Avropa Tələbələr Birliyi arasında əlaqələri inkişaf etdirmək olan səfər çox ciddi və mühüm görüşlərlə yadda qaldı.
Belə ki, qonaqlar Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər üçün
Təhsil Mərkəzi, Turizm İnstitutu, Müəllimlər İnstitutu, Xəzər Universiteti, Açıq
Cəmiyyət İnstitutu Yardım Fondu və müxtəlif tələbə təşkilatlarının rəhbərlikləri
ilə işgüzar görüşlər keçirdilər. Keçirilən görüşlərdə Azərbaycanda tələbə
həyatı, universitetlər, təhsil sistemi, təhsil qanunvericiliyi və s.
istiqamətlərdə müzakirələr aparıldı.
Qeyd edək ki, bu mötəbər beynəlxalq təşkilatda Azərbaycanın təmsil olunması kimi
öhdəliyi öz üzərinə götürən Azərbaycan Tələbələr Birliyi qonaqlar üçün rəsmi
görüşlərlə bərabər, mədəni proqramlar da təşkil etmiş və onlara ölkəmizin
tarixi-mədəni obyektlərini tanış etmişdir.
Səfərin sonunda Avropa Tələbələr Birliyinin nümayəndələri səfərlə bağlı geniş
hesabat hazırladılar. Hazırlanan hesabat cari ilin noyabr ayında İsraildə
keçirilməsi planlaşdırılan Avropa Tələbələr Birliyinin növbəti İdarə Heyəti
toplantısına təqdim ediləcəkdir.
Səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə
gerçəkləşmişdir.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20