Delta Telecom internet provayderi qiymətləri endirir
Azərbaycanın əsas internet təchizatçısı Delta Telecom şirkəti sentyabr ayının 1-dən respublikanın ikinci provayderləri üçün qiymətlərinin endirilməsi barədə elan edib.
Şirkətin məlumatında bildirilir ki, ümumi kanal tutumu 100Mb/s-dən çox olan provayder şirkətlər sentyabrın 1-dən əlavə aldıqları hər 1 Mb/s üçün aylıq 50 manat ödəyəcəklər.
Qiymətlərin endirilməsinin əsas məqsədi əhalinin internet xidmətlərindən daha çox istifadə etməsi, son müştərilərə göstərilən internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15