Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 07 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə ayın ilk hərracı keçiriləcək.
Mia.az xəbər verir ki, hərracda 161 dövlət əmlakı satışa çıxarrılacaq. Bunlardan 76-sı kiçik dövlət müəssisə və obyekti, 55-i istifadəsiz qeyri-yaşayış sahəsi, 21-i səhmdar cəmiyyətləri 9-u isə nəqliyyat vasitələridir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə "Sabirabad Mexanikləşdirmə”, "Zaqatala Fındıq”, "Anar ”, "Salyan Kəndkimya", "Xəzər Avtonəqliyyat”, "Lənkəran Mebel" və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Budəfəki hərracda həmçinin "Boradigah Çay-2" Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi torpaq sahəsi də özəlləşdirilməyə çıxarılıb. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

