Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikası prezidentinin İşlər İdarəsinin balansına verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi yenidən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına qaytarılıb.
Qurumun mətbuat xidmətinin rəhbəriYaşar İsakov Modern.az-a avtovağzalın əsas girişində müasir ödəniş qurğuları quraşdırıldığını bildirib:
Avtovağzalın giriş hissələrində bu cədvəl əks olunub”.
Y.İsakov qeyd edib ki, sürücülərə təqdim edilən qəbz rəsmi sənəddir:
"Avtovağzalın yan hissəsindəki dayanacağa daxil olarkən, sürücülərə qəbz təqdim olunur, onun üzərində 1 manat ödəniş haqqı göstərilir. Bu rəsmi sənəddir və dövlət büdcəsinə müvafiq vergi ödənilir. Nəzərinizə çatdıraq ki, ərazi Avtovağzal Kompleksinə məxsusdur, ərazinin asfaltlanması, işıqlandırılması, yaşıllıq zolağının salınması, təmizlik işlərinin aparılması, nəqliyyat vasitələrinə nəzarət və həmçinin göstərilən xidmətlərə görə kommunal ödənişlər bu vəsaitlər hesabına aparılır”.
Qrurum rəsmisi onu da deyib ki, digər parkinqlərdən fərqli olaraq, yan dayanacaqda nəqliyyat vasitələrinin saxlanmasına vaxtından asılı olmayaraq 12 saatadək 1 manat ödənilir.