APA-nın iki əməkdazı izdən çıxıb, yeni portal açırlar
?Azəri-Press? Agentliyində (APA) çalışan aparıcı müxbirlər Elbrus Seyfullayev və Elnur Məmmədli işdən çıxıblar. Bu barədə Müstəqil İnformasiya Agentliyinə E.Məmmədli məlumat verib.
E.Məmmədli deyib ki, APA-dan ayrılmalarının səbəbi yeni media layihəsinin gerçəkləşdirilməsi ilə bağlıdır: ?Yeni portal açmağı qərarlaşdırmışıq, artıq bir sıra işlər görülüb. Gələn həftədən fəaliyyətə başlayırıq?.
Yaradılacaq portalın adına gəlincə, E.Məmmədli bunun hələlik sirr saxlanıldığını deyib.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15