Avqustun 22-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Mərkəzi Bankdan Mia.az-a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7009 səviyyəsində formalaşıb.

Qeyd edək ki, avqustun 22-də USD/AZN rəsmi məzənnəsi 1,7008 manat təşkil edib.