Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, təqdimat mərasimində kanalın Azərbaycan nümayəndiliyinin rəhbəri Ramiz Əsgər çıxışı zamanı bildirib ki, Azərbaycan diasporunun təşkili və gücləndirilməsi Azərbaycan dövlətinin əsas qayğılarındandır: "Canaz" TV-nin əsas məqsədi dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları bir ideya ətrafında birləşdirməkdir".
"Canaz" TV-nin təsisçisi Camal Mehmethanoğlu bildirib ki, 2011-ci ilin yanvar ayından etibarən kanal peyk vasitəsilə yayımlanacaq: "Canaz" TV ümumilikdə siyasət işıqlandırmır, lakin Azərbaycan xalqının iki milli məsələsi, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız və Dağlıq Qarabağ münaqişəsi sona qədər "Canaz"- TV-nin əsas qayğılarından olacaq".
Rəhilə Manafova