ARNDF-nin investisiya portfelinə daxil olan qızıl ehtiyatı ilə bağlı dərc olunan məqalələrə münasibət bildirib.

Fondun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı hal-hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib:

"Bir daha qeyd edirik ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılmışdır. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır". 

Mia.az