Naxçıvanda şəhərdaxili marşrutlarda gediş haqqı artırılıb. 

Mia.az qaynarinfo-ya istinadən xəbər verir ki, artıq şəhərdə marşrut avtobuslarından istifadə edən sərnişinlər 30 qəpik ödəyir. Qərar iyulun 18-dən qüvvəyə minib.

Bununla bağlı sərnişinlərə edilən xəbərdarlıqda "Naxçıvan şəhərdaxili marşrutlarında 18 iyul 2017-ci il tarixdən hər bir sərnişin üçün gediş haqqı 30 qəpik müəyyən olunmuşdur. Sərnişinlərdən xahiş olunur həmin tarixdən gediş haqqını yeni tariflə ödəsinlər" deyilir.