Yanvar-may aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, 2017-ci ilin yanvar-may ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2 milyard 825 milyon 799,7 manat məbləğində vəsait ödənilib.

Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 104,7% əməl olunub.