Azərbaycanda 2017-ci il aprelin 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşunun 85,3%-i Bakı şəhərinin payına düşüb və kreditlər üzrə orta faiz dərəcəsi illik 9,1% təşkil edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq icmalına istinadən xəbər verir.
Hesabata əsasən, regionların kreditləşməsi ölkə üzrə cəmi kreditlərin 14,7%-ni əhatə edib və faiz dərəcəsi 9-22,2% arasında dəyişir. Ölkə üzrə isə kreditlərin orta faiz dərəcəsi aprelin 1-nə 10,6% olub.
Beləliklə, regionların kreditləşməsi illik müqayisədə azalıb. Belə ki, ötən ilin müvafiq dövründə kreditlərin 84,2%-i Bakı şəhəri, 15,8%-i regionların payına düşüb.
| Regionların adı | Orta faiz dərəcəsi |
| Aran iqtisadi rayonu | 22,2 |
| Dağlıq Şirvan iqtisadi rayonu | 21,8 |
| Şəki-Zaqatala iqtisadi rayonu | 21,6 |
| Lənkəran iqtisadi rayonu | 21,5 |
| Quba-Xaçmaz iqtisadi rayonu | 19,2 |
| Gəncə-Qazax iqtisadi rayonu | 19,1 |
| Yuxarı Qarabağ iqtisadi rayonu | 17,4 |
| Abşeron iqtisadi rayonu | 15,9 |
| Kəlbəcər-Laçın iqtisadi rayonu | 12,2 |
| Naxçıvan iqtisadi rayonu | 9 |
| Bakı şəhəri | 9,1 |
| Azərbaycan | 10,6 |