Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) bu il Azərbaycanda ÜDM-in 0,5% azalacağını proqnozlaşdırır. 

"Interfax" agentliyi xəbər verir ki, bu barədə EBRD-nin "Regional Economic Prospects" adlı hesabatında deyilir.
 
Ötən ilin noyabr ayında EBRD 2017-ci il Azərbaycanda ÜDM-in 1% artacağını proqnozlaşdırıb.
 
"Cari ilin birinci rübündə Azərbaycanda ÜDM 0,9% azalıb. Bununla yanaşı,, hesabat dövründə qeyri-neft sektoru 2,4% böyüyüb", - deyə hesabatda vurğulanıb.

EBRD-nin proqnozuna əsasən, 2018-ci ildə Azərbaycanda ÜDM 2% artacaq.

APA