Təhsil Nazirliyi ilə KiV Fondu jurnalistləri mükafatlandırdı
Bu gün Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar "Təhsil və media: peşəkarlığın artırılmasına dəstək" layihəsi mövzusunda jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov müsabiqə barədə məlumat verərək bildirmişdir ki, ümumilikdə müsabiqəyə 45 yazı təqdim olunub. O, bu yazılardan 1 yazının birinci yeri, iki yazının ikinci, üç yazının 3-cü yeri tutduğunu, 10 yazının isə həvəsləndirici mükafata layiq görüldüyünü bildirib. M.Mərdanov belə müsabiqələrin keçirilməsinin jurnalistlərlə əlaqələrin daha da genişlənməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli jurnalisləri qarşıdan gələn milli mətbuatımızın 135 illik bayramı münasibəti ilə təbrik etdi və Fondun artıq ikinci dəfədir ki, nazirliklər və MŞ ilə birgə müsabiqə təşkil etdiyini xatırladıb. O, bildirib ki, Təhsil Nazirliyi ötən illərdə də Milli mətbuat günü ərəfəsində təhsil sahəsi üzrə ixtisaslaşmış jurnalistləri diplom və digər mükafatlarla təltif edib. Lakin bu il jurnalistləri müsabiqə yolu ilə mükafatlandırmağı qərara aldıq. V.Səfərli onu da qeyd edib ki, tədbirin müsabiqə şəklində keçirilməsi daha çox jurnalistin iştirak etməsinə imkan yaradır.
Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, bu cür müsabiqələr jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların peşəkarlıq səviyyəsinin artırılması, jurnalistlərlə dövlət qurumları arasındakı əlaqələrin daha da inkişaf etməsinə xidmət edir.
Sonda aşağıdakı qalib jurnalistlərə mükafatlar təqdim olunub.
I yer - 1500 manat
Əliyev Namiq - "Palitra" qəzetinin baş redaktoru
II yer - 1000 manat
Qarayeva Sevinc - "525-ci qəzetin müxbiri
Əliyev Yusif - "Azərbaycan Müəllimi" qəzetində şöbə müdiri
III yer - 500 manat
Əliyev Habil - "Zaman" qəzetində müxbir
Ələsgərov İlham - "Mövqe" qəzetinin baş redaktoru
İsmayılov İsa - "Azərbaycan Ordusu" qəzetində baş redaktor
Həvəsləndirici mükafatlar - 300 manat
Tahir Tağıyev - "Bakı xəbər" qəzetində baş redaktorun müavini
Dilarə Əlizadə - "Exo" qəzetində müxbir
Azər Nuriyev - "Kaspi" qəzetində müxbir
Elxan salahov - "Lent.az" İA-da müxbir
Əfsun Sucayev - "Üç nöqtə" qəzetində müxbir
Orxan Məmmədov - "İki sahil" qəzeti
Aynurə Əhmədova - "Ayna-Zerkalo" qəzetində müxbir
Etibar Ağayev - "Yeni Musavat" qəzetində müxbir
Könül Cəfərova - "Səs" İA-da müxbir
Dilşad Yusifova - "Təhsil" qəzetində müxbir
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20