1-30 may tarixlərində İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş şəxslərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və digər) Bakı şəhərinin şəhərdaxili və şəhərətrafı marşrut xətlərindən ödənişsiz istifadəsi təmin ediləcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Mia.az-a verilən məlumata görə, bu məqsədlə, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən təqdim edilmiş akkreditasiya kartlarının nümunələri müvafiq daşıyıcılara təqdim edilib, izahedici məlumatların verilməsi məqsədilə, daşıyıcılarla ayrıca görüşlər keçirilib.